"Neft Daşları"nın 65 illiyi qeyd olunub

"Neft Daşları"nın 65 illiyi qeyd olunub ARDNŞ prezidenti Rövnəq Abdullayev “Neft Daşları"nın 65 illiyi münasibəti ilə keçirilən tədbirlər çərçivəsində neft şəhərçiyinə səfər edib
Energetika
7 Noyabr , 2014 13:05
Neft Daşlarının 65 illiyi qeyd olunub
Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev “Neft Daşları"nın 65 illiyi münasibəti ilə keçirilən tədbirlər çərçivəsində neft şəhərçiyinə səfər edib.

"Report"un xəbər verdiyi kimi, ARDNŞ rəhbərliyi "Neft daşları" Qaz-Separasiya Məntəqəsi ilə "28 May" NQÇİ-nin Lay Təzyiqinin Saxlanılması Sexi arasında yeni tikillən estakadanın açılışında iştirak edib. Tədbirdə bildirilib ki, uzunluğu 1 515 metr olan estakadanın tikintisi 2010-cu ilin iyul ayında başlanıb və bu ilin noyabrında başa çatdırılıb. Tikinti işləri "Neftqaztikinti" Tresti tərəfindən aparılıb. Yeni estakada vasitəsilə "28 May" NQÇİ-nin SKS-2 sıxıcı kompressor stansiyasına və Neftin İlkin Hazırlanması və Nəqli Sahəsinə neft və qaz xətləri çəkilib.

Sonra ARDNŞ prezidenti R.Abdullayev və şirkət rəhbərliyinin digər nümayəndələri "Neft Daşları"nın 65 illiyinə hərs olunmuş təntənəli tədbirdə iştirak ediblər.

Tədbirdə ARDNŞ prezidenti R.Abdullayev Azərbaycan prezidentinin 2014-cü il 19 sentyabr tarixli sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adı verilmiş Daşqın İsgəndərova, “Şöhrət” ordeni ilə təltif edilmiş Zabit Əhmədova, “Tərəqqi” medalı ilə təltif edilmiş Alik İslamov, Balaəmi Cəfərov, Tacəddin Məcidov və başqalarına, eyni zamanda Azərbaycan prezidentinin 2014-cü il 25 oktyabr tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmiş Elmira Ramazanovaya yüksək dövlət mükafatlarını təqdim edib. 

Son xəbərlər

Orphus sistemi