"Neft Daşları"nın meydançasında təlim-məşq keçirilib

"Neft Daşları"nın meydançasında təlim-məşq keçirilib Təlim-məşqlərin davamlı olaraq qazma işləri aparılan digər özül və meydançalarda da keçirilməsi nəzərdə tutulub
Energetika
20 Fevral , 2015 14:08
Neft Daşlarının meydançasında təlim-məşq keçirilib

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neft dağılmalarının xəbərdarlığı və ləğvi Planı”na əsasən, “Kompleks qazma işləri” Trestinin “Neft Daşları” istehsalat bölümü tərəfindən qazma işləri aparılan 418A saylı meydançada 2015-ci ildə istehsalat bölümlərinin obyektlərində baş verə biləcək neft və neft məhsulları dağılmalarının aradan qaldırılması məqsədilə təlim-məşq keçirilib.

SOCAR və FHN-in nümayəndələrinin iştirakı ilə keçirilən təlim-məşq zamanı meydançada olan işçi heyətə neft dağılmalarının təsnifatı, onların aradan qaldırılma yolları barədə xüsusi bukletlər paylanılıb. Məşq zamanı neft çəninin əlaqələndirici xətlərində birinci səviyyəli neft dağılmasının aradan qaldırılması işlərində dağılmış neftin toplanılması məqsədilə xüsusi hopdurucu maddələrdən olan sorbentlərdən istifadə olunub, həmin hopdurucu maddələrin tərkibi və xassələri barədə işçi heyət maarifləndirilib. Sahədə təhlükəsizlik məqsədilə FHN-in xüsusi yanğınsöndürmə briqadası təlimə cəlb olunub. Təlim-məşqlərin davamlı olaraq qazma işləri aparılan digər özül və meydançalarda da keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi