“Neft Daşları”ndakı 419A saylı meydança əsaslı təmir edilib

“Neft Daşları”ndakı 419A saylı meydança əsaslı təmir edilib Bundan əlavə, 10 quyu şaxtası bərkidilib və rənglənib
Energetika
14 Oktyabr , 2016 17:01
“Neft Daşları”ndakı 419A saylı meydança əsaslı təmir edilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.

Bu günlərdə “Neft Daşları” NQÇİ-nin istismar etdiyi 419A saylı meydança əsaslı təmir olunaraq istismara verilib. “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilən əsaslı təmir işləri zamanı 47 ədəd möhkəmləndirici svay vurulub, 16 ədəd metal rigel, 17 ədəd metal ferma, 45 ədəd suüstü metal əlaqə və 186 ədəd dəmir-beton plitə quraşdırılıb, 125 metr uzunluğunda yanğın əleyhinə su xətti çəkilib.

Bundan əlavə, 10 quyu şaxtası bərkidilib və rənglənib. Meydançanın perimetri boyunca məhəccər çəpəri quraşdırılıb, işıqlandırma sistemi yenidən qurulub, meydança üzərinə asfalt-beton örtüyü çəkilmiş, korroziyaya qarşı mühafizə işləri yerinə yetirilib. Meydançanın 871 kvadratmetrlik hissəsi əsaslı təmir edilib.

Son xəbərlər

Orphus sistemi