“Neft Daşları”ndakı 1778 saylı meydança əsaslı təmir edilib

“Neft Daşları”ndakı 1778 saylı meydança əsaslı təmir edilib Dövlət Qəbul Komissiyası meydançanın tikinti normalarına və qaydalarına uyğunluğunu yoxlayaraq istismara qəbul edib
Energetika
17 Avqust , 2017 10:59
“Neft Daşları”ndakı 1778 saylı meydança əsaslı təmir edilib

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin istismar etdiyi neft-qaz yataqlarında hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, bu günlərdə “Neft Daşları” NQÇİ-nin istismar etdiyi 784 kvadratmetr sahəyə malik 1778 saylı meydança əsaslı təmir olunaraq istismara verilib. “Neftqaztikinti” Trestinin həyata keçirdiyi əsaslı təmir işləri zamanı 33 ədəd möhkəmləndirici svay vurulub, 26 ədəd rigel praqon, 21 ədəd metal ferma, suüstü metal əlaqələr və 40 ədəd oturacaq quraşdırılıb, 110 metr uzunluğunda yanğın əleyhinə su xətti çəkilib.

İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Aparılmış əsaslı təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası meydançanın tikinti normalarına və qaydalarına uyğunluğunu yoxlayıb və istismara qəbul edib. 

Son xəbərlər

Orphus sistemi