Yuxarı
    Bağlamaq

    “Neft Daşları”nda yeni quyu qazılır

    Quyudan gündəlik 10 ton neft və 1 000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur

    Bakı. 17 may. REPORT.AZ/ “Neft Daşları” yatağında 1637A saylı estakadayanı meydançadan 2644 nömrəli quyuda qazma işlərinə başlanılıb.

    “Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 900 metrdir.

    Geoloqların hesablamalarına əsasən, quyudan gündəlik 10 ton neft və 1 000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi