“Neft Daşları”nda yeni quyu qazılır

“Neft Daşları”nda yeni quyu qazılır Quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur
Energetika
11 İyul , 2017 12:46
“Neft Daşları”nda yeni quyu qazılır
Report.az

Bakı. 11 iyul. REPORT.AZ/ “Neft Daşları” yatağında 1954A nömrəli estakadayanı meydançadan 2686 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir.

Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

Məlumatda deyilir ki, şirkətin “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1300 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi