Yuxarı
    Bağlamaq

    “Neft Daşları”nda yeni quyu istismara verilib

    Quyu gündəlik 21 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
    © Report.az

    Bakı. 14 iyul. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 1954A saylı estakadayanı meydançadan 2690 nömrəli quyu qazmadan sonra istismara verilib.

    “Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin Qirməkialtı lay dəstəsindən fontan üsulu ilə məhsul verib, 1 210-1 205 metr intervaldan gündəlik 21 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

    Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi