Yuxarı
    Bağlamaq

    ​"Neft Daşları"nda yeni quyu istismara verilib

    Quyu Neft Daşları NQÇİ-nin sifarişi ilə qazılıb

    Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycanın “Neft Daşları” yatağında 2 150 nömrəli stasionar dəniz özülündən 2 151 nömrəli quyu qazmadan sonra istismara verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.

    Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyu 1 656-1 645 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

    Qeyd edək ki, quyu “Neft Daşları” NQÇİ-nin sifarişi ilə qazılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi