“Neft Daşları”nda yeni quyu istismara verilib

“Neft Daşları”nda yeni quyu istismara verilib Quyu sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
14 Avqust , 2017 15:25
“Neft Daşları”nda yeni quyu istismara verilib
Report.az

Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi hasilat quyularının qazılması istiqamətində işləri uğurla davam etdirir.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bu günlərdə “Neft Daşları” yatağında yerləşən 1954A saylı estakadayanı meydançadan 2686 nömrəli quyu qazmadan sonra istismara verilib. Kompleks Qazma İşləri Trestinin qazdığı quyu Qırmakıaltı lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 1219-1211 metr dərinlikdən sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 

Quyuda istismar işlərini “Azneft”in “Neft Daşları” NQÇİ həyata keçirir. 

Son xəbərlər

Orphus sistemi