"Neft Daşları''nda su xəttinin çəkilməsi işləri başa çatıb

"Neft Daşları''nda su xəttinin çəkilməsi işləri başa çatıb 810 saylı estakadayanı meydança ilə 1887 saylı SDÖ arasınsa uzunluğu 2,1 km olan boru xətti çəkilib
Energetika
22 İyun , 2015 12:28
Neft Daşları''nda su xəttinin çəkilməsi işləri başa çatıb

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə ''Neft Daşları'' yatağındakı 619-810 saylı estakadayanı meydançalar və 810 saylı meydança ilə 1887 saylı stasionar dəniz özülü arasında yüksək təzyiqli su xəttinin çəkilməsi məqsədi ilə həyata keçirdiyi layihə üzrə tikinti-quraşdırma işlərini uğurla yerinə yetirib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Layihə çərçivəsində Trest tərəfindən 619-810 saylı estakadayanı meydançalar arasında uzunluğu 2,7 km və 810 saylı estakadayanı meydança ilə 1887 saylı SDÖ arası uzunluğu 2,1 km olan boru xətti çəkilib. Məhsuldarlığı gün ərzində 1 500 kubmetr olan borunun işçi təzyiqi 10,0 MPa, diametri 300 mm-dir. Layihə üzrə işlərə 2014-cü ilin sentyabrında başlanılıb və bu ilin mayında sona çatdırılmış tikinti-quraşdırma işləri “Neftqaztikinti” Trestinin 2 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən yerinə yetirilib.

Son xəbərlər

Orphus sistemi