"Neft Daşları"nda seperasiya qurğusu tikiləcək

"Neft Daşları"nda seperasiya qurğusu tikiləcək Qurğu yeni inşa olunacaq estakadayanı meydança üzərində yerləşdiriləcək
Energetika
30 Yanvar , 2017 11:36
Neft Daşlarında seperasiya qurğusu tikiləcək

Bakı. 30 yanvar. REPORT.AZ/ SOCAR-ın “Azneft” İB-nin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Neft Daşları” yatağında “Neftqaztikinti” Tresti tərəfindən yeni İriləşdirilmiş Seperasiya Qurğusu inşa olunacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, 28 May adına NQÇİ-nin istismar edəcəyi nəzərdə tutulan bu qurğu yeni inşa olunacaq estakadayanı meydança üzərində yerləşdiriləcək. Qurğunun texnoloji parametrlərinə fasiləsiz nəzarətin təmin edilməsi məqsədi ilə nəzarət ölçü cihazları, eyni zamanda avtomatika və yanğından mühafizə sistemləri, drenaj bloku, bütün digər zəruri texnoloji avadanlıqlar quraşdırılacaq, neft, qaz və texniki su xətləri çəkilərək mövcud sistemlə əlaqələndiriləcək.

Qeyd edək ki, İriləşdirilmiş Seperasiya Qurğusu sutkada 13 000 kubmetr neft, 3 500 kubmetr suyu, həmçinin 100 000 kubmetrədək qazı qəbul etmək gücünə malik olacaq.

Son xəbərlər

Orphus sistemi