Yuxarı
    Bağlamaq

    ​“Neft Daşları”nda 2223 nömrəli estakadayanı meydança təmir edilib

    1 534 kv. metr sahəni əhatə edən estakadayanı meydançanın 1 000 kv. metrə yaxın hissəsi əsaslı təmir edilib

    Bakı. 31 mart. REPORT.AZ/ “Neft Daşları” yatağında yerləşən 2 223 nömrəli estakadayanı meydança və 137 metr uzunluğunda meydançaya giriş estakadası əsaslı təmir edilib. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, meydançadakı hasilat quyularının səmərəliliyinin artırılması, eləcə də burada yerləşən texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Neftqaztikinti” Tresti tərəfindən aparılan təmir işləri zamanı korroziyaya uğramış metal-konstruksiyasılar yenisi ilə əvəz olunub, 72 ədəd svay vurulub, 36 ədəd rigel, 28 ədəd FTP-10 tipli fəza ferması və 320 ədəd dəmir beton tava quraşdırılıb. Ümumiyyətlə, 1 534 kv. metr sahəni əhatə edən estakadayanı meydançanın 1 000 kv. metrə yaxın hissəsi əsaslı təmir edilib.

    Qeyd edək ki, 1983-cü ildən istismara verilən, dənizin 21 metr dərinliyində yerləşən 2 223 nömrəli estakadayanı meydançada 6 istismar quyusundan sutkada 40 tona yaxın neft və 1 600 kubmetr qaz hasil olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi