​“Neft Daşları”ında meydançalararası estakadalar təmir edilib

​“Neft Daşları”ında meydançalararası estakadalar təmir edilib Təmir işlərini “Neftqaztikinti” Tresti həyata keçirib
Energetika
21 Oktyabr , 2015 15:36
​“Neft Daşları”ında meydançalararası estakadalar təmir edilib

Bakı. 21 oktyabr. REPORT.AZ/ “Neft Daşları”ında yerləşən Çvanov-203 saylı meydançalararası estakada əsaslı təmir edilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, 1036 metr uzunluğunda estakadanın təmiri zamanı svaylar, dəmir beton tavalar, məhəccərlər və rigerlər yenilənib.

Bundan əlavə, "Neft Daşları"ndakı 1 saylı Neft və Qazçıxarma Sexi ilə 1936 və 810 saylı meydançalararası estakadanın da təmiri başa çatdırılıb. Burada 660 metr uzunluğunda estakada təmir edilib və korroziyaya uğramış metal konstruksiyalar yenisi ilə əvəz olunub.

Təmir işləri “Azneft” İB-nin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi