Neft cüzi ucuzlaşıb

Neft cüzi ucuzlaşıb Ticarət üçün təzə pul kütləsinin çatışmazlığı fonunda yaranmış turbulentlik şəraitində neftin qiyməti cüzi düşüb.
Energetika
29 Sentyabr , 2022 09:55
Neft cüzi ucuzlaşıb

Ticarət üçün təzə pul kütləsinin çatışmazlığı fonunda yaranmış turbulentlik şəraitində neftin qiyməti cüzi düşüb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,31 % ucuzlaşaraq, 1 bareli 87,78 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti 0,37 % düşüb və 1 bareli 81,85 ABŞ dolları təşkil edib.

Analitiklər neft bazarının volatil olduğunu qeyd edir və mümkün kəskin qiymət artımlarının bazarda pul çatışmazlığı ilə bağlı olduğunu vurğulayırlar.

Son xəbərlər

Orphus sistemi