Neft cüzi ucuzlaşıb

Neft cüzi ucuzlaşıb "Brent" markalı neftin qiyməti 65,44 dollar/barelə enib
Energetika
2 İyun , 2015 08:14
Neft cüzi ucuzlaşıb

Bakı. 2 iyun. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,05 dollar yaxud 0,08% ucuzlaşaraq 60,20 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 1,53%, yaxud 0,56 dollar geriiləyərək 65,44 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 68 dollar/barel olacağı gözlənilir. 

İngilis versiyası Oil prices slightly reduced

Son xəbərlər

Orphus sistemi