Neft cüzi ucuzlaşıb

Neft cüzi ucuzlaşıb Dünya bazarında neft 0,5 % ucuzlaşıb.
Energetika
12 may 2023 06:43
Neft cüzi ucuzlaşıb

Dünya bazarında neft 0,5 % ucuzlaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyul füçersləri 0,49 % ucuzlaşaraq 1 bareli 74,61 ABŞ dollarına satılıb. WTI neftinin iyun füçerslərinin qiyməti isə 0,4 % düşüb və 1 bareli 70,6 ABŞ dolları təşkil edib.

Birjalar ABŞ-ın “Baker Hughes” şirkətinin ölkədəki aktiv neft buruqlarının sayı ilə bağlı hesabatının açıqlanmasını gözləyir. Xatırladaq ki, ötən həftə ölkədə aktiv neft buruqlarının sayı 4 ədəd azalaraq 588-ə düşüb.

İngilis versiyası Oil prices slightly decline

Son xəbərlər

Orphus sistemi