Neft cüzi bahalaşıb

Neft cüzi bahalaşıb Xammal çatışmazlığı ilə bağlı narahatlıqlar səbəbindən dünya bazarlarında neftin qiyməti cüzi artıb.
Energetika
30 İyun , 2022 11:10
Neft cüzi bahalaşıb

Xammal çatışmazlığı ilə bağlı narahatlıqlar səbəbindən dünya bazarlarında neftin qiyməti cüzi artıb.

“Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin sentyabr fyuçersləri 0,28 % bahalaşaraq 112,77 ABŞ dollarına satılıb. "WTI" markalı neftin avqust fyuçerslərinin qiyməti isə 0,15 % artaraq 1 bareli 109,94 ABŞ dolları təşkil edib.

Neft qiymətlərinin artması bir neçə amildən qaynaqlanır. Bir tərəfdən, G7 ölkələri Rusiyadan neft və neft məhsullarının dənizlə daşınmasına tam qadağanın tətbiqi məsələsini müzakirə edəcəklərini bəyan ediblər.

Digər tərəfdən, ABŞ Energetika Nazirliyi ölkədə neftin kommersiya ehtiyatları ilə bağlı məlumatları açıqlayıb. Məlumata görə, iyunun 24-dək olan həftə ərzində ABŞ-da neftin strateji ehtiyatları 2,8 milyon barel, yaxud 0,1 % azalıb və 415,6 milyon barel təşkil edib.

Son xəbərlər

Orphus sistemi