Neft cüzi bahalaşıb

Neft cüzi bahalaşıb İnvestorlar Rusiya xammalının dünya bazarlarına tədarükünün azalması perspektivlərini qiymətləndirməkdə davam etdikləri bir zamanda neft cüzi bahalaşıb.
Energetika
27 Aprel , 2022 10:36
Neft cüzi bahalaşıb

İnvestorlar Rusiya xammalının dünya bazarlarına tədarükünün azalması perspektivlərini qiymətləndirməkdə davam etdikləri bir zamanda neft cüzi bahalaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçersləri 0,34% bahalaşaraq, 1 bareli 104,97 ABŞ dollarına satılıb. WTI neftinin iyun fyuçerslərinin qiyməti isə 0,15% artaraq, 1 bareli 101,85 ABŞ dolları təşkil edib.

Tədarükün azalması haqqında proqnozlar Bolqarıstana və Polşaya Rusiya qazının ixracının dayandırılması haqqında xəbərlərdən qaynaqlanır.

Analitiklərin fikrincə, beynəlxalq gərginliyin saxlanması neft qiymətlərini dəstəkləyəcək.

Son xəbərlər

Orphus sistemi