Neft BVF-nin iqtisadiyyatın artımı üzrə proqnozları fonunda bahalaşıb

Neft BVF-nin iqtisadiyyatın artımı üzrə proqnozları fonunda bahalaşıb "Brent" markalı neftin qiyməti 70,06 dollara çatıb
Energetika
24 Yanvar , 2018 06:30
Neft BVF-nin iqtisadiyyatın artımı üzrə proqnozları fonunda bahalaşıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Neftin dünya qiymətləri çərşənbə axşamı Beynəlxalq Valyuta Fondunun (BVF) dünya ÜDM-nin artım tempi üzrə proqnozlarını yaxşılaşdırmasından sonra 1,5 faiz artıb.

“Report” xəbər verir ki, bu, keçirilən hərracların nəticəsində məlum olub.

Bakı vaxtı ilə 20.06-ya olan məlumata görə, "Brent" markalı Şimal dəniz neft qatışığının mart fyuçersləri 1,49 faiz artaraq bir barelə görə 70,06 dollar, WTI markalı yüngül neftin mart fyuçersləri 1,51 faiz bahalaşaraq bir barelə görə 64,53 dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi