Yuxarı

Dünya bazarında neft ucuzlaşıb

Brent markalı neft 49,64 dollar/barelə bərabər olub

Bakı. 4 iyun. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,55 dollar, yaxud 1,12% ucuzlaşaraq 48,62 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,40 dollar və ya 0,80% geriləyərək 49,64 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 55 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi