Dünya bazarında neft 10% ucuzlaşıb

Dünya bazarında neft 10% ucuzlaşıb "Brent"in qiyməti 54,16 dollar/barelə düşüb
Energetika
5 Fevral , 2015 09:17
Dünya bazarında neft 10% ucuzlaşıb

Bakı. 5 fevral. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 9,5% yaxud 4,60 dollar azalaraq 48,45 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də ucuzlaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 6,92% və ya 3,75 dollar ucuzlaşaraq 54,16 dollar olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi