Bakı. 20 aprel. REPORT.AZ/ London və Nyu-York birjalarında keçirilən elektron hərraclar zamanı neftin dünya qiymətləri artmaqda davam edir.
"Report" xəbər verir ki, WTI markalı yüngül neftin may fyuçersləri Nyu-Yorkun NYMEX birjasında 2,99 faiz artaraq bir barel üçün 40,97 dollar təşkil edib.
Londonun "ICE Futures" birjasında "Brent"markalı neftin iyun fyuçersləri 2,42 faiz artaraq bir barel üçün 43,95 dollar təşkil edib.