Neft bazarında artım davam edir

Neft bazarında artım davam edir Bir neçə şirkətin təqdim etdiyi koronavirus dərmanlarının uğurlu sınaqlarından sonra enerji daşıyıcılarına tələbata dair nikbinlik ab-havasından təsirlənən neft bazarında qiymət artımı davam edir.
Energetika
24 Noyabr , 2020 12:55
Neft bazarında artım davam edir

Bir neçə şirkətin təqdim etdiyi koronavirus dərmanlarının uğurlu sınaqlarından sonra enerji daşıyıcılarına tələbata dair nikbinlik ab-havasından təsirlənən neft bazarında qiymət artımı davam edir.

“Report” xəbər verir ki, Londonun “İCE Futures” birjasında “Brent” markalı neftin yanvar fyüçersləri ötən gün 2,5 faiz bahalaşaraq 5 mart tarixindən bu yana ən yüksək həddə çatandan sonra bu gün Bakı vaxtı ilə saat 9.20-də 0,87 faiz bahalaşaraq 46,47 ABŞ dollarından satılıb.

Nyu-York Əmtəə Birjasındakı (NYMEX) elektron hərraclar zamanı “WTI” markalı neft ötən gün 1,5 faiz bahalaşaraq 26 avqust tarixindən bu yana ən yüksək həddə çatandan sonra bu gün daha 1,02 faiz bahalaşaraq 43,5 dollardan satılıb.

Xatırladaq ki, ötən gün “Astra Zeneca Plc” şirkətinin hazırladığı koronavirus dərmanının Böyük Britaniyada və Braziliyada keçirilən ilkin sınaqlar zamanı orta hesabla 70 faiz, dozalardan birində isə hətta 90 faiz səmərə əldə edildiyi bildirilir. Bununla bağlı “AXİ”nin eksperti Steven İnnes bildirib: “Neft qiymətlərinin sevincdən hoppanıb düşməsi üçün tutarlı səbəb var. İnkişaf etmiş dünyanın əsas hissəsi COVID-19-a görə risk qrupuna aid olanları gələn ilin yazına qədər, bütövlükdə əhalini isə bəlkə də ilin ortalarına qədər peyvən edə biləcək”. ABŞ hökumətinin peyvən proqramının rəhbəri Monsəf Sləvi də ölkədə peyvənd kampaniyasının 11 dekabr tarixindən başlaya biləcəyini açıqlamışdı.

Avropa ölkələrində yoluxma sayının artımına görə tətbiq edilən lokdaunlara, ABŞ-da isə yoluxanların 12 milyonu kieçdiyinə baxmayaraq, yeni peyvən dərmanları ilə bağlı müsbət nəticələr bazardakı ovqatı da müsbət yöndə dəyişdirib.

Bunuinla yanaşı, Səudiyyə Ərəbistanı Enerji Nazirliyi “Aramco” şirkətinin paylaşma məntəqəsinə yəmənli üsyançılarının hücumu nəticəsində neft çənində yanğın baş verdiyini təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi