Neft bazarı hasilatın dəyişəcəyi ilə bağlı xəbərlər gözləyir

Neft bazarı hasilatın dəyişəcəyi ilə bağlı xəbərlər gözləyir Səhər hərraclarında qiymətlər 0,8-0,9 faiz azaldıqdan sonra yenidən bir qədər artıb.
Energetika
2 Dekabr , 2020 16:57
Neft bazarı hasilatın dəyişəcəyi ilə bağlı xəbərlər gözləyir

Bu gün keçirilən hərraclarda OPEC+ formatı çərçivəsində hasilatın həcmi ilə bağlı qərara dair, habelə yeni koronavirus dərmanlarından gözləntilərin təsirilə durğunluq hakim olub.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 14:58-ə olan vəziyyətə görə “Brent” markalı neftin fevral fyuçersləri 0,04 faiz bahalaşaraq 47,44 ABŞ dollarından, WTI markalı neftin yanvar fyuçersləri 0,07 faiz ucuzlaşaraq 44,52 ABŞ dollarından satılıb. Səhər hərraclarında isə qiymətlər 0,8-0,9 faiz azaldıqdan sonra yenidən bir qədər artıb.

Xatırladaq ki, OPEC+ formatı çərçivəsində hasilatın dəyişdirilməsilə bağlı məsələni müzakirə edəcək Nazirlər Monitorinq Komitəsinin 1 dekabr tarixinə təyin olunmuş iclası ayın 3-nə keçirildi. Səhər hərraclarında qeydə alınmış ucuzlaşma isə Amerika Neft İnstitutu (API) tərəfindən ölkədəki neft ehtiyatlarının ötən həftə 4,1 milyon barel artmasına dair məlumatlarla bağlıdır. Bu barədə rəsmi açıqlama bu gün axşam verilməlidir. Ekspertlərin rəyincə, ehtiyatlar 2,4 milyon barel azalıb.

Bununla belə koronavirusa qarşı yeni dərmanlarla bağlı ümidlər neft bazarında iqtisadiyyatın dirçəlməsinə dair müəyyən nikbinlik yaradıb. Belə ki, “Pfizer” və “BioNTech” şirkətlərinin təqdim ediyi peyvənd Böyük Britaniyda tətbiq üçün təsdiqlənib. “Moderna” şirkətinin dərmanının tətbiqi məsələsinə ABŞ-da baxılacaq.

Son xəbərlər

Orphus sistemi