Yuxarı

​Neft bahalaşmaqda davam edir

Brent markalı neftin qiyməti 37 dollar/barelə çatıb

Bakı. 3 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,26 dollar yaxud 0,76% bahalaşaraq 34,66 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,12 dollar və ya 0,33% artaraq 36,93 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 39 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi