Neft bahalaşıb

Neft bahalaşıb Ardıcıl 3 sessiya ərzində ucuzlaşan neft təxminən 1% bahalaşıb.
Energetika
26 Aprel , 2022 09:46
Neft bahalaşıb

Ardıcıl 3 sessiya ərzində ucuzlaşan neft, təxminən, 1% bahalaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçersləri 1,16% bahalaşaraq, 1 bareli 103,34 ABŞ dollarına satılıb. WTI neftinin iyun fyuçerslərinin qiyməti isə 0,94% artaraq, 1 bareli 99,48 ABŞ dolları təşkil edib.

Ardıcıl bir neçə sessiya ərzində ucuzlaşmanı şərtləndirən əsas amil neftin ən böyük neft idxalçısı olan Çində koronavirusa yoluxmanın artması səbəbindən neftə olan tələbin azalma ehtimalıdır.

İngilis versiyası Oil prices rise 

Son xəbərlər

Orphus sistemi