Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 47 dollara çatıb
Energetika
16 Noyabr , 2016 09:58
Azərbaycan nefti bahalaşıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,63 dollar və yaxud 5,93% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,95 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi