Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 49,32 dollar/barelə düşüb
Energetika
31 Avqust , 2016 09:45
Azərbaycan nefti ucuzlaşıb

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,82 dollar və yaxud 3,56% ucuzlaşıb.

"Report" xəbər verir ki, bu gün "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,32 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi