Neft ABŞ-da ehtiyatların azalması ilə bağlı məlumatlar fonunda ucuzlaşır

Neft ABŞ-da ehtiyatların azalması ilə bağlı məlumatlar fonunda ucuzlaşır İnvestorları OPEC+ alyansının neft hasilatı ilə bağlı müqaviləsinin qeyri-müəyyən perspektivləri narahat edir
Energetika
8 İyul , 2021 11:02
Neft ABŞ-da ehtiyatların azalması ilə bağlı məlumatlar fonunda ucuzlaşır

Amerika Neft İnstitutu (API) ABŞ-da ehtiyatların azalması haqqında məlumatı dərc etdikdən sonra dünya bazarlarında neftin qiyməti dəqiq dinamika nümayiş etdirmir.

Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:49-a olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçersləri 0,01 % ucuzlaşaraq, 1 bareli 75,33 ABŞ dollarına satılıb. Bundan bir neçə dəqiqə əvvəl isə sözügedən neft markasının qiymətində bahalaşma qeydə alınıb. "WTI" neftinin avqust fyuçerslərinin qiyməti isə 0,18 % azalaraq, 1 bareli 72,07 ABŞ dolları təşkil edib.

Bundan əvvəl API iyulun 2-dək olan həftə ərzində ABŞ-da neft ehtiyatlarının 8 milyon barel azaldığı barədə məlumat verib. Analitiklər ehtiyatların 3,9 milyon barel azalacağını güman edirdilər. ABŞ-ın Energetika Nazirliyi tərəfindən neft ehtiyatları ilə bağlı bu gün açıqlanacaq rəsmi stastistikada 4 milyon barel azalmanın elan olunacağı gözlənilir.

İnvestorları OPEC+ alyansının neft hasilatı ilə bağlı müqaviləsinin qeyri-müəyyən perspektivləri narahat edir. BƏƏ-nin prinsipial mövqeyi səbəbindən alyansın iyulun 1-i və 2-si keçirilmiş iki görüşü nəticəsiz qalıb. İyulun 5-nə təyin edilmiş növbəti görüş isə təxirə salınıb. Görüşün yeni tarixi hələ açıqlanmır.

Son xəbərlər

Orphus sistemi