Neft ABŞ-da ehtiyatların azalması ilə bağlı məlumatlar fonunda bahalaşır

Neft ABŞ-da ehtiyatların azalması ilə bağlı məlumatlar fonunda bahalaşır “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 68,72 dollar/barelə çatıb
Energetika
26 May , 2021 20:35
Neft ABŞ-da ehtiyatların azalması ilə bağlı məlumatlar fonunda bahalaşır

ABŞ Energetika Nazirliyinin ölkədə neft ehtiyatlarında azalma olmasını elan etməsindən sonra dünya bazarlarında neft qiymətləri çərşənbə axşamı, axşam saatlarından artır.

“Report” “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 19:31-ə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” neft qarışığının avqust fyuçerslərinin qiyməti 0,34% artaraq bir barel üçün 68,72 ABŞ dollarına, iyul fyuçersləri isə 0,28% artaraq bir barel barel üçün 68,84 ABŞ dollarına çatıb. WTI markalı neftin iyul fyuçersləri 0,24% bahalaşaraq 66,23 dollar/barel səviyyəsinə yüksəlib.

Daha əvvəl ABŞ Energetika Nazirliyi son bir həftə ərzində ABŞ-dakı ticari neft ehtiyatlarının 1,7 milyon barel azalaraq 484,3 milyon barelə qədər düşdüyünü bildirmişdi. Analitiklər bu göstəricinin 1,05 milyon barel azalacağını proqnozlaşdırırdı.

Bundan əlavə, distillat və benzin ehtiyatlarındakı azalma da ekspertlərin proqnozlarından daha çox olub. Belə ki, distillat ehtiyatları 1,9 milyon azalma proqnozuna qarşı 3 milyon barel, benzin isə 0,61 milyon barel azalma proqnozu qarşılığında 1,7 milyon barel azalıb.

Son xəbərlər

Orphus sistemi