Neft ABŞ-da buruqların sayının artması fonunda ucuzlaşır

Neft ABŞ-da buruqların sayının artması fonunda ucuzlaşır "Brent"in bir barelinin qiyməti 55,87 dollara düşüb
Energetika
6 Mart , 2017 22:57
Neft ABŞ-da buruqların sayının artması fonunda ucuzlaşır

Bakı. 6 mart. REPORT.AZ/ Neftin dünya qiymətləri bazar ertəsi mənfi dinamika nümayiş etdirir.

"Report"un məlumatına görə, bu, "Baker Hughes" neft-qaz xidməti şirkətinin ABŞ-da buruqların sayınıın artması barədə xəbərləri fonunda baş verir.

Bakı vaxtı ilə 21:53-ə olan vəziyyətə görə, elektron hərraclarda "Brent" markalı şimal dəniz neft qatışığının may fyuçerslərinin qiyməti 0,05 faiz aşağı düşərək bir barel üçün 55,87 dollar təşkil edib.

WTI markalı neftin aprel fyuçerslərinin qiyməti 0,36 faiz azalaraq bir barelə görə 53,14 dollara bərabər olub.

"Baker Hughes"in məlumatına görə, Birləşmiş Ştatlarda martın 3-də başa çatan iş həftəsində buruqların sayı 2 ədəd artaraq 756-ya (609 ədəd neft buruğu) çatıb.

Son xəbərlər

Orphus sistemi