Nazirlik xəbərdarlıq yaydı, “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

Nazirlik xəbərdarlıq yaydı, “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin 8-11 fevral 2020-ci ildə təzadlı dəyişəcəyi, 7-dən 8-nə keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında güclü küləyin başlanması ilə əlaqədar olaraq, “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.
Energetika
189
7 Fevral , 2020 15:22
Nazirlik xəbərdarlıq yaydı, “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev / Report/ Firi Salim

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin 8-11 fevral 2020-ci ildə təzadlı dəyişəcəyi, 7-dən 8-nə keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında güclü küləyin başlanması ilə əlaqədar olaraq, “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib".

Bunu “Report”a açıqlamasında səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, “Azərişıq” rəhbərliyi təcili iclas keçirib: “Bununla əlaqədar “Azərişıq” rəhbərliyi və texniki departamentin əməkdaşlarının iştirakı ilə toplantı keçirilib və gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Toplantıda həmçinin güclü küləyin və yağışların olacağı ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib”.

T.Mustafayev əlavə edib ki, “Azərişıq” rəhbərliyinin göstərişinə əsasən, regionlarda növbətçilik yaradılıb: “Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı çağrı mərkəzinin əməkdaşlarının sayı artırılmasına qərar verilib. İstehlakçılara müraciət edərək bildiririk ki, havaların küləkli-çovğunlu olduğu vaxtlarda yüksəkgərginlikli hava xətlərinin olduğu yerlərdən keçməsinlər və qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.

Son xəbərlər

Orphus sistemi