Nazirlik: "SOCAR Ukraine" qaz idxalında ilk beşliyə daxil olub

Nazirlik: "SOCAR Ukraine" qaz idxalında ilk beşliyə daxil olub Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti olan SOCAR Ukraine Ticarət Evi 2017-ci ildə Ukraynanın 5 ən iri qaz idxalçısından biri olub.
Energetika
29 Oktyabr , 2018 10:13
Nazirlik: SOCAR Ukraine qaz idxalında ilk beşliyə daxil olub

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti olan "SOCAR Ukraine" Ticarət Evi 2017-ci ildə Ukraynanın 5 ən iri qaz idxalçısından biri olub.

Bu barədə “Report”a Ukraynanın Energetika və Kömür Nazirliyindən bildirilib.

Məlumata görə, ötən il Azərbaycan şirkəti özəl kommersiya idxalçı şirkətləri arasında Ukrayna bazarında iştirakını artırıb. Şirkət 2017-ci ildə Ukraynaya ümumilikdə 470 mln. kubmetr qaz idxal edib.

Xatırladaq ki, bu ilin I yarısının yekunlarına əsasən, "SOCAR Ukraine" Ticarət Evi ölkəyə 250 mln. kubmetr qaz idxal edib. Bu, 2017-ci ilin analoji dövrü ilə müqayisədə, təxminən, 4 dəfə çoxdur.

Qeyd edək ki, “SOCAR Ukraine” Ticarət Evi Ukraynada qaz təchizatına 2017-ci ilin mart ayının sonunda başlayıb. 

Son xəbərlər

Orphus sistemi