Nazir: "Venesuelanın neft obyektlərinə dörd dəfə hücum olub"

Nazir: "Venesuelanın neft obyektlərinə dörd dəfə hücum olub" Cari ildə Venesuelanın neft infrastrukturu dörd dəfə hücuma məruz qalıb.
Energetika
3 Oktyabr , 2019 13:08
Nazir: Venesuelanın neft obyektlərinə dörd dəfə hücum olub

"Cari ildə Venesuelanın neft infrastrukturu dörd dəfə hücuma məruz qalıb".

“Report” xəbər verir ki, bunu ölkənin neft naziri Manuel Quevedo “Rusiya Enerji Həftəsi-2019”dakı nitqi zamanı bildirib.

“Neft hasilatımıza ziyan vurmaq üçün enerji infrastrukturumuza hücumlar olub. Bu il enerji sahəmizə dörd hücum olub, indi hasilatımız gündəlik 1 milyon bareldən də azdır. Hasilatı 1 milyon barelə çatdırmaq üçün yeni plan hazırlamışıq”, - deyə nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi