"Venesuela neft satmaq üçün yeni yollar axtarır".
"Report" xəbər verir ki, bunu Venesuelanın neft naziri Manuel Kevedo Bakıda jurnalistlərə deyib.
"Qarşıdakı aylarda neft hasilatını bərpa etmək niyyətindəyik. Əsas məqsəd gündəlik 1 milyon bareldir", - M.Kevedo bildirib.
Onun sözlərinə görə, bərpa 2018-ci ilin sonunda başlayıb və ABŞ-ın güclü təzyiqinə baxmayaraq, davam edir.
"Ona görə də Rusiya və Çinlə əlaqələri daha da möhkəmləndirmək niyyətindəyik", - deyə nazir vurğulayıb.