Yuxarı
    Bağlamaq

    Nazir: "Ukrayna Azərbaycan neftinin tədarükündə maraqlıdır"

    Ukrayna tərəfi Azərbaycanla energetika sahəsində əməkdaşlığı davam etdirmək niyyətindədir

    Bakı. 10 sentyabr. REPORT.AZ/ "Ukrayna Azərbaycan neftinin Ukrayna neft emalı zavodlarına tədarük olunmasında maraqlıdır". Report Ukrayna Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən brifinq zamanı Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Prodan bildirib. 

    Nazir qeyd edib ki, Ukrayna tərəfi gələcəkdə də Azərbaycanla energetika sahəsində əməkdaşlığı davam etdirmək niyyətindədir.

    Yuri Prodan həmçinin həmkarı Azərbaycanın energetika naziri Natiq Əliyevlə planlaşdırılmış görüş haqqında məlumat verib. Onun sözlərinə görə, görüşdə Azərbaycan neftinin Ukraynaya nəql olunması və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi