Bakı. 27 iyul. REPORT.AZ/ "OPEC+ Nazirlər Komitəsi sentyabrda neft hasilatının yeni artımını müzakirə edə bilər".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
"O zaman bazarda yaşananlardan asılı olaraq, hər şey müzakirə oluna bilər. Bu ilin sonuna qədər bir milyon barel hasilat olması barədə qərar qəbul edilib və bu qərar hazırda da qüvvədədir. O şərtlə ki, sentyabrda istehsal, istehlak balansının necə getdiyini nəzərdən keçirə bilək. Odur ki, vəziyyətə baxacağıq", - A.Novak bildirib.
Nazir əlavə edib ki, OPEC+ üzvlərinin razılaşmanın şərtləri əsasında neft hasilatını dəyişmək üçün hər cür imkanları var.