Yuxarı

Nazir: Neftin qiyməti 60 dollar səviyyəsində qalsa Rusiya iqtisadiyyatı 3% geriləyəcək

Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bəyan edib ki, dünya bazar

Bakı. 26 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bəyan edib ki, dünya bazarlarında neftin 1 barelinin qiyməti 60 dollar səviyyəsində sabitləşsə Rusiya iqtisadiyyatı bu il ümumilikdə 3% qeriləyəcək.

"Report" RBK-ya istinadən xəbər verir ki, Rusiyalı nazir neftin qiymətinin daha da düşəcəyini istisna etməyib.

Qeyd edək ki, növbəti il üçün qəbul edilən Rusiyanın dövlət büdcəsində neftin qiyməti məhz 60 dollar səviyyəsində nəzərdə tutulub. 2017-ci il üçün isə bu rəqəmin 70 dollar olması planlaşdırılırdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi