Bakı. 16 noyabr. REPORT.AZ/ Dünya bazarında ortamüddətli perspektivdə neftin bir barelinin qiyməti 50-60 ABŞ dolları olacaq.
"Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak proqnozlaşdırır.
"Qiymətlərə müxtəlif amillər təsir edir. Mənim fikrimcə, ortamüddətli perspektivdə neftin bir barelinin qiyməti 50-60 dollar təşkil edəcək. Amma əgər tələb-təklif balansında tələb artarsa, qiymət yüksələ bilər. Bu variant da istisna olunmur. Lakin bununla bağlı proqnoz vermək istəmirəm", - deyə energetika naziri əlavə edib.