Nazir müşaviri: "Ukrayna və Azərbaycanın "Odessa-Brodı" layihəsi çərçivəsində əməkdaşlığı aktualdır"

Nazir müşaviri: "Ukrayna və Azərbaycanın "Odessa-Brodı" layihəsi çərçivəsində əməkdaşlığı aktualdır" Maksim Bilyavski Odessa NEZ-in işinin bərpa edilməsini iki ölkə arasındakı əməkdaşlığın perspektivli istiqaməti adlandırıb
Energetika
28 Noyabr , 2017 16:31
Nazir müşaviri: Ukrayna və Azərbaycanın Odessa-Brodı layihəsi çərçivəsində əməkdaşlığı aktualdır

Kiyev. 28 noyabr. REPORT.AZ/ "Ukrayna və Azərbaycanın "Odessa-Brodı" layihəsi çərçivəsində əməkdaşlığı, həqiqətən, aktualdır".

Bunu "Report"un Ukrayna bürosuna Ukraynanın energetika və kömür sənayesi nazirinin müşaviri, texniki elmlər namizədi Maksim Bilyavski deyib.

Onun sözlərinə görə, bu gün Ukraynanın neft nəqlini daxili şəbəkə vasitəsilə həyata keçirmək üçün artıq həcm imkanları var və bu, belə əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaradır.

"2017-ci ilin yanvar-oktyabr ayları ərzində magistral neft kəmərləri ilə neft nəqlinin həcmi 13,422 milyon ton təşkil edib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 984 min ton (və ya 7,9%) artım deməkdir. Eyni zamanda Qərbi Avropa ölkələrinə (Slovakiya, Macarıstan, Çexiya) tranzit vasitəsilə 11,739 milyon ton neft nəql edilib. Bu da 2016-ci ilin eyni dövrünə nisbətən 477 min ton (və ya 4,2%) çoxdur. Ukraynanın ehtiyacları üçün neft nəqli 1,683 milyon ton təşkil edib. 2016-cı ilin göstəriciləri ilə müqayisədə bu rəqəm 507 min ton (və ya 43,1%) artıqdır", - M.Bilyavski bildirib.

Nazir müşaviri vurğulayıb ki, 2017-ci ilin ilk 10 ayı ərzində ümumi neft nəqlində tranzit neft nəqlinin payı 87,5%, Ukraynada neft emalı zavodlarında (NEZ) neftin payı isə 12,5% təşkil edib.

Həmçinin M.Bilyavski Odessa NEZ-in işinin bərpa edilməsini iki ölkə arasındakı əməkdaşlığın perspektivli istiqaməti adlandırıb.

Son xəbərlər

Orphus sistemi