Yuxarı

Nazir müavini: "İran qazı Azərbaycan və Rusiya qazından bahadır"

Gürcüstanın strateji qaz təchizatçısı Azərbaycandır

Bakı. 18 fevral. REPORT.AZ/ Gürcüstan İrandan qaz idxalı ilə bağlı hələ son qərar qəbul etməyib və qaz təchizatı baxımından ölkənin strateji müttəfiqi Azərbaycandır.

"Report"un "Qruziya Online" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili GDS telekanalının "20:30" verilişində bildirib.

Nazir müavini qeyd edib ki, hazırda İran qazı Azərbaycan və Rusiya qazından bahadır: "Təbii qazın qiymət dinamikası dəyişir, amma hazırkı göstərici fakt olaraq qalır. Təbii qazın qiyməti daha çox neftdən asılıdır. Buna görə də ümid edirik ki, İran qazı beynəlxalq məhsul olduqdan sonra onun qiyməti daha səmərəli olacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi