Nazir müavini: "İran neft hasilatını azaltmaq niyyətində deyil"

Nazir müavini: "İran neft hasilatını azaltmaq niyyətində deyil" "Özümüz özümüzə qarşı sanksiyalar tətbiq etmək istəmirik"
Energetika
4 Mart , 2016 01:34
Nazir müavini: İran neft hasilatını azaltmaq niyyətində deyil

Bakı. 4 mart. REPORT.AZ/ "Gündəlik 1 milyon barel nefti dünya bazarına çıxarmağı planlaşdırırıq. Bu səbəbdən də İran neft hasilatını azaltmaq niyyətində deyil". "Report"un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, bu fikri İranın Neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmir Hüseyn Zamani Niya səsləndirib.

Dünya bazarında neftin qiymətinin aşağı düşməsinə Tehranın səbəb olmadığını vurğulayan Niya, "Biz, neft hasilatını azaldaraq özümüz özümüzə qarşı sanksiyalar tətbiq etmək istəmirik. Bununla belə, İranın neft sənayesinin inkişafı üçün 40-45 milyard dollar xarici sərmayə cəlb etmək istəyirik. Şübhəsiz ki, buna nail olacağıq", - deyə vurğulayıb.

Son xəbərlər

Orphus sistemi