Nazir müavini: "Azərbaycan-Böyük Britaniya münasibətləri strateji əlaqələr səviyyəsindədir"

Nazir müavini: "Azərbaycan-Böyük Britaniya münasibətləri strateji əlaqələr səviyyəsindədir" Gələcəkdə iki ölkənin şirkətləri arasında müştərək layihələr təşkil oluna bilər
Energetika
29 Oktyabr , 2015 10:51
Nazir müavini: Azərbaycan-Böyük Britaniya münasibətləri strateji əlaqələr səviyyəsindədir

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlər strateji əlaqələr səviyyəsindədir. "Report"un verdiyi xəbərə görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya əməkdaşlıq forumunda Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə Azərbaycan-Böyük Britaniya hökumətlərarası komissiyanın iclası keçiriləcək: “Böyük Britaniya ölkəmizə ən iri investisiya yatıran ölkələrdən biridir. Bu gün bir sıra Britaniya şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Bu günə qədər bu ölkə Azərbaycana 21 mlrd. dollar vəsait yatırıb. Bunun böyük hissəsi neft-qaz sahəsini əhatə edir”.

Nazir müavini deyib ki, iki ölkə arasında təhsil sahəsində çox geniş və sıx əməkdaşlıq əlaqələri qurulub. Bir sıra təhsil ocaqları və ali məktəblər arasında əməkdaşlıq edilir.

S.Babayev deyib ki, Azərbaycan neft strategiyasını uğurla həyata keçirir: “Neft-qaz sahəsində Britaniya şirkətləri ilə sıx əməkdaşlıq edilir. Böyük Britaniyanın neft şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Gələcəkdə iki ölkənin şirkətləri arasında müştərək layihələr təşkil oluna bilər”.

Son xəbərlər

Orphus sistemi