Nazir: “Moldova Azərbaycandan Avropaya “yaşıl enerji” tədarükündən faydalana bilər”

Nazir: “Moldova Azərbaycandan Avropaya “yaşıl enerji” tədarükündən faydalana bilər” Moldova da Azərbaycandan Avropaya Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri arasında imzalanmış sazişlə nəzərdə tutulan, Qara dənizin dibi ilə keçəcək kabel xətti vasitəsilə “yaşıl enerji” ixracından faydalanacaq.
Energetika
5 Mart , 2024 16:29
Nazir: “Moldova Azərbaycandan Avropaya “yaşıl enerji” tədarükündən faydalana bilər”

Moldova da Azərbaycandan Avropaya Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri arasında imzalanmış sazişlə nəzərdə tutulan, Qara dənizin dibi ilə keçəcək kabel xətti vasitəsilə “yaşıl enerji” ixracından faydalanacaq.

Bunu “Report”a müsahibəsində Moldovanın energetika naziri Viktor Parlikov deyib.

“Güman edilir ki, elektrik enerjisi Azərbaycandan Gürcüstan vasitəsilə Rumıniyaya nəql ediləcək. Amma təbii ki, dolayısı ilə Moldova bundan faydalanacaq, çünki biz Rumıniyanın enerji sistemi ilə möhkəm əlaqələr yaratmaq və son nəticədə Avropa enerji bazarının bir hissəsi olmaq üçün çox çalışırıq”, - o bildirib.

Nazirin sözlərinə görə, elektrik enerjisi birbaşa Rumıniya bazarına tədarük edilsə də, bu, Moldova bazarına da təsir edəcək.

Son xəbərlər

Orphus sistemi