Yuxarı

Nazir: “Kulevi terminalında açılmış iki əlavə rezervuar parkı Azərbaycanın və Gürcüstanın tranzit potensialını daha da artıracaq"

Məlumatı Prezidentin mətbuat xidməti yayıb

Tbilisi. 29 sentyabr. REPORT.AZ/ “Kulevi terminalında açılmış iki əlavə rezervuar parkında 600 nəfərdən çox azərbaycanlı və gürcü daimi işlə təmin olunacaq. Bu da bizim üçün mühüm əhəmiyyət kəsb edir”. "Report" xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Dimitri Kumsişvili deyib.

Nazir bildirib ki, Kulevi terminalının genişləndirilməsi, yeni rezervuarların istifadəyə verilməsi Gürcüstanın və Azərbaycanın tranzit potensialını daha da artıracaq: “Mən tam əminəm ki, yeni rezervuarlar Azərbaycan, Gürcüstan, eləcə də digər ölkələrin idxal və ixrac məhsulları ilə dolacaq. Biz bu imkanlardan maksimum istifadə etməliyik”. 

Kumsişvili belə bir imkanı yaratdığı üçün Azərbaycan hökumətinə və SOCAR şirkətinə minnətdarlığını bildirib: “Bizim strateji tərəfdaşımız olan SOCAR Gürcüstan bazarında böyük paya malikdir. SOCAR Gürcüstanda ən böyük investorlardan biridir. İnanırıq ki, bu şirkətlə biz daha böyük layihələr həyata keçirəcəyik və daha böyük uğurlara imza atacağıq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi