​Nazir: "İtaliyada zeytunluqla bağlı məsələ oktyabrdan gec olmayaraq həll olunacaq"

​Nazir: "İtaliyada zeytunluqla bağlı məsələ oktyabrdan gec olmayaraq həll olunacaq" Bu, TAP-ın tikintisi ilə bağlı qrafikə mənfi təsir etməyəcək
Energetika
27 May , 2016 15:15
​Nazir: İtaliyada zeytunluqla bağlı məsələ oktyabrdan gec olmayaraq həll olunacaq

Bakı. 27 may. REPORT.AZ/ "İtaliyada Trans-Adriatik Boru Kəməri (TAP) ilə bağlı yeganə problem olan zeytunluğun köçürülməsi məsələsi oktyabrdan gec olmayaraq həyata keçiriləcək". 

"Report" xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev "Caspian Energy" jurnalına müsahibəsində bildirib: "TAP-ın Yunanıstan hissəsi üçün Ev Sahibi Hökumət Sazişi (Host Government Agreement) Avropa Komissiyası tərəfindən təsdiq edilib, qanunvericiliklə bağlı məsələlər həll edilib, mayın 17-də isə Saloniki şəhərində möhtəşəm təməlqoyma mərasimi keçirilib".

Nazir qeyd edib ki, Albaniyada tikinti ilə bağlı bütün sənədləşmə işləri hazırdır, fiziki tikinti üçün hazırlıq işləri görülür.

N.Əliyevin sözlərinə görə, paralel olaraq İtaliya ərazisində boru kəmərinin inşasına başlanacaq.

"Zeytunluq ərazisinin köçürülməsi ilə bağlı olan yeganə problemin isə oktyabrdan gec olmayaraq həyata keçirilməsi gözlənilir və ekspertlərin fikrincə, bu, tikinti işlərinin həyata keçirilməsi qrafikinə mənfi təsir etməyəcək. Biz layihədə iştirak edən ölkələrin nazirləri və layihəni dəstəkləyən hökumətlərlə vəziyyəti nəzarətdə saxlamağa çalışırıq", - deyə nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi