Nazir: "​Cənub Qaz Dəhlizi layihəsinin icrası 40 mlrd. dollara başa gələcək"

Nazir: "​Cənub Qaz Dəhlizi layihəsinin icrası 40 mlrd. dollara başa gələcək" Natiq Əliyev: "Neft bazarındakı vəziyyətlə bağlı boru kəmərlərinin tikintisində istifadə olunacaq materialların qiyməti aşağı düşüb"
Energetika
2 İyun , 2016 10:59
Nazir: ​Cənub Qaz Dəhlizi layihəsinin icrası 40 mlrd. dollara başa gələcək

Bakı. 2 iyun. REPORT.AZ/ Hazırda Cənub Qaz Dəhlizinin yaradılması ilə bağlı həyata keçiriləcək işlər 40 mlrd. ABŞ dolları  həcmində dəyərləndirilir. 

"Report" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev jurnalistlərə bildirib: "Neft bazarındakı vəziyyətlə bağlı boru kəmərlərinin tikintisində istifadə olunacaq materialların qiyməti aşağı düşüb. Bu da layihə üzrə xərcləri azaldıb". 

"TANAP-ı 11 mlrd. dollar həcmində dəyərləndirirdik, indi isə bu boru kəmərinin tikintisinə cəlb olunacaq vəsait 9,3 mlrd. dollara enib", - deyə nazir əlavə edib.

N.Əliyev vurğulayıb ki, nəzərdə tutulan xərclərlə bağlı mütəmadi olaraq təkrar qiymətləndirmələr aparılır: "Hazırda "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi 23,8 mlrd. dollar həcmində dəyərləndirilir. Trans-Adriatik Boru Kəmərinin tikintisi işləri isə 6 mlrd. dollar həcmində qiymətləndirilir".

Son xəbərlər

Orphus sistemi