Yuxarı

Natiq Əliyev: "Azərbaycanın şelfdə böyük qaz ehtiyatları var"

Nazirin fikrincə, İrana qarşı sanksiyaların ləğvi enerji sektoruna canlanma gətirəcək

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycanın Xəzər dənizinin şelfində böyük qaz ehtiyatları mövcuddur, lakin bu yataqlarda hasilatın başlanması gələcəyin işidir. "Report" xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) şelf qaz hasilatına başlayıb-başlamayacağı ilə bağlı suala aydınlıq gətirərkən deyib.

N.Əliyevin sözlərinə görə, hələlik bu növ neft və qazın hasil olması çətinliklə başa gəlir: "Artıq bəzi dövlətlər şelf nefti və qazın hasilatına başlayıb. Amma bu, çox baha başa gəlir. Ona görə də, bu məsələyə gələcəkdə qayıtmağı düşünmək olar".

Nazir İrana qarşı tətbiq edilən sanksiyaların ləğvinin enerji sektoruna canlanma gətirəcəyini deyib: "Biz bu qərardan sevinirik. Hesab edirəm ki, sanksiyaların ləğvi neft hasilatına təsir edəcək. Xüsusən də OPEC ölkələrində kvotanın artması ilə nəticələnəcək. Bu, regionda da yeni əməkdaşlığa yol açacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi