Nazir: "Azərbaycan OPEC+ çərçivəsində üzərinə götürdüyü yeni öhdəliyi tam yerinə yetirməyə çalışır"

Nazir: "Azərbaycan OPEC+ çərçivəsində üzərinə götürdüyü yeni öhdəliyi tam yerinə yetirməyə çalışır" Azərbaycan gələn aydan OPEC+ çərçivəsində öhdəliklərinin yerinə yetirilməsi göstəricilərini yaxşılaşdıracaq.
Energetika
18 Mart , 2019 15:29
Nazir: Azərbaycan OPEC+ çərçivəsində üzərinə götürdüyü yeni öhdəliyi tam yerinə yetirməyə çalışır
Energetika naziri Pərviz Şahbazov / Report / Elchin Murad
0 : 00
0 : 00

Azərbaycan gələn aydan OPEC+ çərçivəsində öhdəliklərinin yerinə yetirilməsi göstəricilərini yaxşılaşdıracaq.

“Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasından sonra mətbuat konfransında bildirib.

"OPEC+ formatı yaradılandan Azərbaycan həmişə öhdəliyini müvəffəqiyyətlə, tam yerinə yetirib. Keçən ilin dekabr ayında isə Azərbaycan yeni öhdəlik götürüb və yanvar ayından onun icrasına başlayıb. Hələlik bu öhdəliyə tam əməl edilməyib. Bununla belə, öhdəliyimizin tam yerinə yetirilməsi üzərində fəal şəkildə çalışırıq. Bu ilin I yarısında ölkəmiz hasilatın azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirəcək. Növbəti ay bu göstəricini yaxşılaşdıracağıq", - deyə nazir qeyd edib. 

Son xəbərlər

Orphus sistemi