Nazir: "Azərbaycan GECF-ə tamhüquqlu üzv olmağa tələsmir"

Nazir: "Azərbaycan GECF-ə tamhüquqlu üzv olmağa tələsmir" ​Natiq Əliyevin sözlərinə görə, Azərbaycan bu təşkilata üzvlüyün perspektivlərini araşdırır
Energetika
27 Noyabr , 2015 14:11
Nazir: Azərbaycan GECF-ə tamhüquqlu üzv olmağa tələsmir

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan hələ Qaz İxrac edən Ölkələrin Forumuna (GECF) tamhüquqlu üzv olmağa tələsmir. "Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə energetika naziri Natiq Əliyev deyib.

N.Əliyevin sözlərinə görə, Azərbaycan hələ bu təşkilata üzvlüyün perspektivlərini araşdırır: "İranda keçirilən tədbirdə də iştirak edərkən tamhüquqlu üzvlüklə bağlı mənə sual ünvanladılar. Amma mən onda da bildirdim ki, heç olmasa biz bir il gözləyək. Müşahidəçi statusunda olmaq hələlik yetərlidir. Biz bu barədə qərar verməyə tələsmirik".

Son xəbərlər

Orphus sistemi